Azərbaycanda bir ay ərzində tibbi ərazi bölmələri formalaşdırılacaq

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması tapşırılıb.

Bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ərazi bölmələrinin formalaşdırılmasını bir ay müddətində təmin etməlidir.

Tibbi ərazi bölməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}