Sabirabadda piyadanı avtomobil vurub

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil yolu keçən kənd sakini, 1961-ci il təvəllüdlü Famil Məmmədovu vurub. Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}