Şamaxıda avtomobil piyadanı vurub

 

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Bədəlov Əhəd Vusal oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Ə.Bədəlovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}