Qazax Rayon İcra Hakimiyyətinin avtomobili su kanalına aşıb, xəsarət alan var

 

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}