Kürdəmirdə avtoqəza - Ölən və yaralananlar var

 

Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Mehman oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə İradə Cəfər qızı Cəfərova hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}