Bakıda qadını qətlə yetirib, özünü güllələyən polis ölüb

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov xəstəxanada ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı - 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib.APA

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}