Əsas Səhifə > Hadisə / Kriminal > Bakıda qadını qətlə yetirib, özünü güllələyən polis ölüb
Bakıda qadını qətlə yetirib, özünü güllələyən polis ölüb21-05-2021, 09:25 |
Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ötən gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı - 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib.APA Geri qayıt |