Nigeriyada partlayış nəticəsində ən azı 30 nəfər həlak olub
Nigeriyada qaz daşıyan avtomobil partlayıb.
Şəffaflıq.az bildirir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat verib. Hadisə nəticəsində ən azı 30 nəfərin həlak olduğu bildirilir.
Partlayış həmçinin çox sayda insanın xəsarət alması ilə nəticələnib. Onlardan 17-si müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisənin baş verdiyi ərazidə 10-dan çox yaşayış evinə zərər dəyib.
İlkin məlumata görə, avtomobilin qaz şlanqından baş verən sızma partlayışa səbəb olub.
Xəbəri paylaş
Facebook-da paylaş