Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub

 

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Şəffaflıq.az TOLOnews telekanalına istinadla xəbər verir ki, partlayış Kabil şəhərinin meydanlarından birində baş verib.


Ehtimallara görə, hücumun hədəfində Əfqanıstan parlamentinin üzvlərindən birinin avtomobili olub. Onun yaralandığı bildirilir.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}