Facebook, WhatsApp və İnstagram “Huawei”də işləməyəcək – Çin şirkətinə sanksiyalar davam edir

 
   ABŞ-ın hökumətinin Çinin “Huawei” telekommunikasiya şirkətinə tətbiq etdiyi sanksiyaya “Facebook” şirkəti də qoşulub.
“Reuters”in məlumatına görə, “Google” şirkəti “Huawei”yə verdiyi “Android” əməliyyat sistemi dayanadıracağını açıqladıqdan sonra, “Facebook” şirkəti də “Facebook”, “WhatsApp” və “Instagram” tətbiqlərinin “Huawei” smartfonlarında işləməyəcəyini elan edib.
Bu qərar hazırda istehsal olunmuş məhsullara deyil, bundan sonra istehsal olunacaq smartfonlara şamil olunacaq. Hazırda “Huawei” telefonlarında yüklənilmiş “Facebook”, “WhatsApp” və “Instagram” yenə də problemsiz şəkildə işləməyə davam edəcək.
Qeyd edək ki, “Intel”, “Broadcom”, “Qualcomm”, “Infineon Technologies” və “Xilinx” kimi şirkətlər də “Huawei” ilə əməkdaşlığı dayandırıblar.шаблоны для dle 11.2


Facebook-da paylaş