Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Ağdama səfərindən yazır

 Gürcüstanın “report.ge”, “gaxa.ge”, “24news.ge” informasiya portalları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərindən yazıblar.
Şəffaflıq.az xəbər verir ki, Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin və birinci xanımın səfəri barədə məlumat verilib, Müzəffər Ali Baş Komandanın çıxışlarından sitatlar gətirilib.
İnformasiyalarda Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladığı bildirilib, eləcə də Azərbaycandakı bütün dini abidələrin qorunması və bərpası ilə bağlı fikirləri geniş yer alıb.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}