“Delta” qasırğası 700 mindən çox amerikalını elektrik enerjisiz qoyub

 

ABŞ-ın cənubunu cənginə alan “Delta” qasırğası nisbətən zəifləsə də, hazırda bir neçə ştatın sakinləri işıqsız qalıb.

Şəffaflıq.az Poweroutage.com-a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən 700 mindən çox Birləşmiş Ştatlar sakininin elektrik enerjisi kəsilib.

Qeyd olunur ki, təkcə Luiziana ştatında təxminən 600 min insan elektrik enerjisindən məhrum olub.

İnternetdə güclü küləyin Artur gölünün sahilinə necə sürətlə çırpıldığını əks etdirən görüntülər yayımlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}