ABŞ Çinə zərbə hazırlayır

 

Bir neçə ildir ABŞ-la Çin arasında ticarət müharibəsi gedir. Birləşmiş Ştatlar Asiya dövlətini ədalət prinsiplərini pozmaqda az ittiham etməyib. Amma indi ABŞ Çinə zərbə hazırlayır.


Şəffaflıq.az xəbər verir ki, Donald Tramp administrasiyası Çinin Sincan-Uyğur muxtar rayonundan pambıq idxalına qadağa qoymaq fikrindədir.

Vaşinqton qərarı insan haqlarının kobud şəkildə pozulması ilə əlaqələndirir. Sincan-Uyğur bölgəsi Çinin əsas pambıq istehsalçısı sayılır. Bu muxtar rayon olmasa, Asiya dövlətinin toxuculuq sənayesi çox axsayar. ABŞ bunu nəzərə alaraq, vacib kartdan istifadə etmək qərarına gəlib. Həqiqətən də, Çində uyğurların haqları çox pozulur. Dünya mətbuatı bu məsələni dəfələrlə işıqlandırıb.

ABŞ-ın idxal qadağası təkcə pambıq istehsalçılarına zərbə vurmayacaq. Geyim sektorunda çalışan bir çox şirkətlər də zərər görəcək.

ABŞ koronavirusa görə də Çini çox ittiham edir. Pandemiya başlayandan sonra dövlətlər arasındakı münasibətlər lap pisləşib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}