Fransada sutkada 7 017 nəfər koronavirusa yoluxub

 

Həkimlər son 24 saat ərzində Fransada 7 017 koronavirusa yoluxma faktı qeydə alıblar.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Fransa Səhiyyə Nazirliyi nəzdindəki "Sante Publique" agentliyi bildirib.

Bildirilib ki, bu, epidemiyanın başlanğıcından bəri gündəlik artımın ən yüksək göstəricilərindən biridir.

Daha yüksək göstəricilər avqustun 28 (7 379) və martın 31-də (7 578) qeydə alınıb. Bu günə qədər Fransada epidemiya başlayandan bəri 293 024 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Son 24 saat ərzində 26 nəfər koronavirus infeksiyasının yaratdığı fəsadlardan ölüb. Hazırda xəstəxanalara 4632 nəfər yerləşdirilib, bunlardan 446-sı reanimasiyadadır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}