22 iyul Miili Mətbuat və Jurnalistika günüdür


 

Şəffaflıq qəzetinin təsisçisi və baş redaktorundan...

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. O, böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə ala bildi. Həmin qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərməyə başlamışdır. Hazırki vaxtda Azərbaycanda çoxlu sayda mətbu orqan - qəzet və jurnallar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlamışdır.

Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.

Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.

Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.

1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır.

Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.

Yeri gəlmişkən onu da qeyd edək ki, bizim ŞəffaflıqTV kanalı da ilk dəfə 2017-ci il iyulun 22-də fəaliyyətə başlayıb. Ona görə də bizim üçün ikiqat sevimli gündür.

Odur ki, Azərbaycan Respublikasının Milli Mətbuat və Jurnalistika gününün 145-ci ildönümü və eyni zamanda ŞəffaflıqTV-nin fəaliyyətinin 3-cü ildönümü münasibətilə respublikamızda bütün mətbuat işçilərini və jurnalistləri təbrik edir, o cümlədən bizi təbrik edən vətəndaşlarımıza, oxucularımıza dərin təşəkkürümüzü bildiririk.


Bizim "Şəffaflıq" qəzetinin bir neçə nəfərlik işgüzar kollektivi var: Baş redaktorun 1-ci müavini Alxas Məmmədov, Redaktor Yanoş Məhərrəmov, Məsul katib Əfşanə Salamova, Operator Məhərrəm Səmədov, satış üzrə menecer Eyvaz Niftalıyev, müxbir Nuranə Məmmədova və başqaları.

Söz veririk ki, öz peşə fəaliyyətimizlə həmişə bütün oxucularımızı ölkəmizdəki və dünyadakı ən yeni xəbərlərlə doğru-dürüst və qərəzsiz məlumatlandıracaq, bütün bu işlərdə dövlətçiliyimizin də mənafeyini daim diqqətdə saxlayacağıq.
    
Şəffaflıq qəzetinin təsisçisi 
   və baş redaktoru
    Vahid İsmayılov
 
  Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}