"Erməni lobbisinin məğlubiyyətinin ciddi səbəbləri var"

 

Politoloq Nəzakət Məmmədova: "ABŞ postsovet məkanını Rusiyaya buraxmaq istəmir"


Məlum olduğu kimi, ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycanın, Ukraynanın, Moldovanın və Gürcüstanın ərazilərinin xarici qüvvələr tərəfindən işğal olunmasına dair 296 saylı düzəliş qəbul edilib.

Bununla bağlı beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə tanınmış mütəxəssis, politoloq Nəzakət Məmmədova geniş şərh verib.

O deyib ki, bu düzəliş hələ Komitədə qəbul olunub: "Sənədin Amerika Konqresinin diqqətinə çatdırılması nəzərdə tutulur. Təbii ki, orda məlumatların toplanılması və Konqresin diqqətinə təqdim edilməsi planlaşdırılır. Məcbuiri köçkünlər və qaçqınlarla bağlı qəbul olunan bu düzəlişdə 4 keçmiş Sovet respublikasının adı keçsə də, Ermənistanın adı keçmir. Bu, müsbət haldır. Bu sənədi ermənilər "antierməni sənəd"I adlandırırlar. Çünki orda ermənilərin bütün canfəşanlığına baxmayaraq, arzuları əksini tapmayıb".

Politoloq qeyd edib ki, erməni diasporası bu sənəddə guya Azərbaycandan qovulmuş ermənilər haqqında da məlumatların əksini tapmasına çalışırdı: " Sumqayıt hadisələri və sair bu kimi məsələlərlə bağlı saxta faktların orda əks olunmasını istəyirdilər. Bunun üçün Ermənistanın da adının sənəddə keçməsi lazım idi. Lakin Komitə yalnız Moldova, Ukrayna, Azərbaycan, Gürcüstanın adını çəkib. Yəni ki, erməni lobbisinin planları puç olub. Bu sənədi faktiki Rusiya və Ermənistan əleyhinə olan bir sənəd adlandıra bilərik. Deyə bilərik ki, nəyə görə Rusiyaya qarşı? Çünki bu 4 dövlətə biz diqqət yetirsək, görərik ki, bunların hamısı Rusiyanın planlarından əziyyyət çəkmiş ölkələrdir. Onların hamısı (Azərbaycan da daxil olmaqla) ərazi itirblər. Moldova, Ukrayna, Gürcüstan Rusiyanın həqiqətən təcavüzü nəticəsində ərazilərini itirib. Buna görə də həmin ölkələrə Amerikanın tərəfdar çıxması göstərir ki, bu, Rusiya əleyhinədir. Həmçinin, göstərmək istəyir ki, ABŞ bu dövlətlərin yanındadır".

Nəzakət Məmmədova sənəddə Ermənistanın adının çəkilməməsi səbəbi ilə bağlı məsələyə belə bir aydınlıq gətirib: “Mənə elə gəlir ki, Ermənistanın adının çəkilməməsi elə son hadisələrlə bağlıdır. Çünki Ermənistan Amerikanın böyük lahiyəsi olan, böyük dəstəyini almış ,Cənub Qaz lDəhlizinə təxribatçı hücum etdi. Yəni layihənin yerləşdiyi əraziyə hücum etməklə Azərbaycanın dövlət sərhəddini pozmuş oldu ki , bu ərazidən təbii qaz xətləri, neft boruları keçir. Ermənistan Rusiyanın təhriki ilə hücum edərək, təxribata yaratdı. Cavab olaraq da Amerika Ermənistanı artıq Rusiyanın müttəfiqi kimi gördüyünə görə bu siyahıya daxil etməyib”.

Nəzakət Məmmədova qeyd edib ki, Amerika Konqresində Rusiyanın “Böyük Səkkuzlik" formatına qayıtmasının əleyhinə də bir sənəd qəbul olundu. Bu da onu göstərir ki, Amerika Konqresində antirusiya əhval-ruhiyyəsi çox güclənib. Rusiyaya qarşı açıq -aşkar meyllər özünü göstərir.

Belə bir şəraitdə sənədin Komitədə qəbul olunması əslində Rusiyaya qarşıdır. Rusiyadan zərər çəkmiş dövlətləri dəstəkləməklə onları yalnız buraxmadığını vurğulayır. Bunu da təbii ki , Putinin 16 illik hakimiyyətini uzadılmasına bir cavab kimi dəyərləndirmək olar. Eyni zamanda Ermənistan Rusiyanın müttəfiqidir və MDB məkanında bir müttəfiq ölkədir. Rusiyanın hərbi -siyasi ittifaqı daxilindədir. Belə bir şəraitdə, əlbəttə ki, ABŞ Ermənistanı qəbul etmək istəmir. Özünə tərəfdaş kimi görmür və ən azı bu sənəd buna sübutdur. Bununla da çox neytral və yaxud da Qərbə meylli ölkələrə öz dəstəyin göstərdi. Sənəd birbaşa Rusiya əleyhinə olmaqla göstərir ki, MDB məkanına Amerikanın marağı var. Bu regionu təkcə Rusiyaya buraxmaq fikrində deyil. Burdakı baş verən proseslərə maraq var və yeri gələrsə , müdaxilə etməyi planlaşdırır".


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}