ABŞ-da 85 körpədə koronavirus aşkarlandı

 

ABŞ-ın Texas ştatında 85 körpədə koronavirus infeksiyası qeydə alınıb.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Korpus-Kristi şəhərinin Səhiyyə İdarəsinin nümayəndəsi Annette Rodriqes bildirib.

"Bu körpələrin heç bir yaşı yoxdur. Xahiş edirəm, infeksiyanın yayılmasını dayandırmağa kömək edin", - vətəndaşlara müraciətində o deyib.

Rodriqes yeni tip koronavirusun yayılmasını dayandırmaq üçün amerikalıları sosial məsafənin saxlanması qaydalarına riayət etməyə, tibbi maska taxmağa və imkan daxilində evdə qalmağa çağırıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}