Amsterdamda xüsusi təyinatlılarla nümayişçilər arasında toqquşmalar başlayıb


Amsterdam Universitetinin yaxınlığında Niderland xüsusi təyinatlıları ilə Fələstin tərəfdarı olan nümayişçilər arasında toqquşmalar başlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qarşıdurma zamanı etirazçılar xüsusi təyinatlıların əməkdaşlarına müxtəlif əşyalar atıb və onlara tərəf yanğınsöndürən balonları püskürdüb. Xüsusi təyinatlılar isə öz növbəsində dəyənəklərdən istifadə ediblər.

Etirazçıların dağıdılması haqqında qərar Amsterdam Universitetinin vandalizm və universitet ərazisinə müdaxilə ilə bağlı şikayət etməsindən sonra verilib. Daha əvvəl təhsil müəssisəsinin rəhbərliyi nümayişdə iştirak edən tələbə və müəllimlərlə danışıqlar aparmağa çalışsa da, bunun nəticəsi olmayıb. Etirazçılar universitetin və şəhərdəki digər ali təhsil müəssisələrinin İsraillə əlaqələrini dayandırmasını tələb edirlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}