ABŞ-ın 14 ştatında koronavirusa yoluxma tempi artıb

 

İyun ayının əvvəlindən etibarən ABŞ-ın 14 ştatında koronavirus infeksiyasına yoluxma tempi kəskin şəkildə artıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Göstəricilər Alyaska, Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Florida, Kentukki, Nyu Meksiko, Missisipi, Oreqon, Tennessi və Yuta ştatlarında artıb.

Nəşr yazır ki, ilk yoluxma dalğası əhalinin sıx məskunlaşdığı bölgələrə təsadüf etmişdisə, indi kənd ərazilərinin sakinləri arasında da virus sürətlə yayılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son məlumatlara görə, dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 7,3 milyonu keçib, 413 mindən çox insan virus qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


ABŞ-da 2 milyondan çox insan koronavirusa yoluxub, təxminən 114 min insan virusdan ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}