Dünyada koronavirusa yoluxanların sayı 3,8 milyonu ötüb

 

Şəffaflıq.az xəbər verir ki, bu gün səhər saatlarına olan məlumata görə dünyada koronavirusa yoluxanların ümumi sayı 3,8 milyonu ötüb. Bildirilir ki, virusa yoluxan 1 285 591 nəfər sağalıb, 263 086 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}