Dronlarla zəif mübarizə Paris olimpiadasında terror riskini artırır


Fransanın 2024-cü il Paris Olimpiadasında istifadə ediləcək “Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi sıx şəhər ərazilərində yalnız hər üç pilotsuz təyyarədən birini aşkar edə bilir, bu da pilotsuz təyyarələrə əsaslanan terror hücumu riskini artırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Onların fikrincə, “Thales” konserninin 350 milyon avroya hazırladığı “Parade" əla sistem sayılmaqdan uzaqdır. Sınaqlarının gedişi ilə tanış olan mütəxəssislərdən birinin sözlərinə görə, "Parade" dronları yalnız 800 m məsafədə aşkar edir. Eyni zamanda qeyd olunur ki, bu, Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə ediləcək sistemlərdən yalnız biridir. Bundan başqa, Britaniyanın radioelektron aparatları sistemləri də işə salınacaq.

Qəzet xatırladıb ki, “Parade” artıq 2023-cü ilin payızında Fransada keçirilən reqbi üzrə dünya çempionatı zamanı təhlükəsizlik məqsədilə istifadə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}