Məşhur generalın oğlu Ukraynada öldürüldü
Ukraynada davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın tanınmış general-polkovniki Aleksandr Lapinin oğlu öldürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Volqoqrad Xəbərləri" Teleqram kanalında məlumat yayılıb. Bildirilib ki, polkovnik Denis Lapin 3 may tarixində komanda məntəqəsində olarkən HİMARS reaktiv yaylım atəşi sistemindən endirilən zərbə ilə öldürülüb. Qeyd edilir ki, D.Lapin 1986-cı ildə Volqoqradda anadan olub.
Xəbəri paylaş
Facebook-da paylaş