Hindistanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
 
 Hindistanda son sutka ərzində koronavirusdan 660 nəfər ölüb, 31 694 yeni yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 25 589-a, yoluxanların sayı isə 1 001 863-ə yüksəlib.
620 194 xəstə sağalıb. Ölkədə 356 080 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 8 944-nün vəziyyəti ağır qiymətləndirilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 