İcra başçısının müavini işdən çıxarıldı

 

Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, keçmiş Ağstafa rayon icra başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}