Alman mediası: “Rusiya kosmonavtikası süquta uğrayıb”


 

“Beynəlxalq Kosmik Stansiyaya (BKS) bilet alan olmasa Rusiyanın “Roskosmos” agentliyi gələcək layihələri üçün ən vacib gəlir mənbəsindən məhrum qalacaq”.

Almaniyanın “Der Tagesspiegel” qəzetinin xəbərinə görə, ABŞ milyarderi İlon Maska məxsus “Crew Dragon 2” raketi BKS-a kosmonavtları müvəffəqiyyətlə endirdikdən sonra “Roskosmos” rəhbəri Dmitri Roqozin çarəsizcə rəqibini təbrik edən mesaj yollayıb. “Lakin çox güman ki, indi Kremldə oturanların ürəklərindən qara qanlar axır”,-deyə müəllif Frank Gerold yazır.

ABŞ kosmosa pilotla uçan aparatlar layihəsini işə salmaqla Rusiyanın bu gəlirli monopoliyasına son vermiş olub. Çünki ruslar “Soyuz” gəmilərində uçan bir amerikalı astronavt üçün 80 milyon dollar pul alırdılar. İlon Mask isə sadəcə 60 milyon dollar təklif edir.

İndi Rusiyada hər kəs D.Roqozini bir neçə il bundan qabaq İlon Maska yönəlik istehza ilə söylədiyi “Batut” (tramplin) kəlməsinə, daha doğrusu, amerikalıları qıcıqlandırdığına görə qınayır.

“Rusiya bir neçə ehtiyatsız sözün cəzasını milyardlarla zərərlə ödəyəcək”,-deyə Moskvada yerləşən Kosmik siyasət institutunun rəhbəri İvan Moiseyev bildirib. ABŞ bu il ruslarla axırıncı sazişi imzlayıb və bu iln oktyabrında “Soyuz” öz göyərtəsində son amerikalıları daşıyacaq.

Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın raket mühərriklərinin tədarükündən də imtina etməyə hazırlaşır. Bu vaxta qədər ABŞ-ın “Atlas” və “Antares” raketləri Rusiyadan ixrac edilən mühərriklərlə uçublar. Lakin 2013-cü ildə Rusiyanın ABŞ-ı həmin mühərriklərin qitələlərarası raketlərdə istifadə edilməməsi barədə xəbərdarlığından sonra Konqres buradan yeni texnika alnması üçün maliyyə ayrılmasını dayandırıb. İndi rusların yerini Ukrayna doldurmağa çalışır.

İvan Moiseyevin sözlərinə görə, Rusiya kosmonavtikası hazırda özünün heç də parlaq günlərini yaşamır və qeyri-effektiv tərzdə idarə olunur.


“Özü də İlon Maskın şirkətində kosmik aparatlar bölməsində 8 min adam çalışdığı halda “Roskosmos”un tam 250 min işçisi var”,-deyə məqalədə qeyd olunur.

Üstəlik, Rusiyanın kosmik sənayesində yeni texnologiyalar inkişaf etdirilmir və yalnız 50 il öncənin ixtiraları modifikasiya olunur.

Ruslar buna görə indi kosmosa zəngin müştəriləri aparmaqla bu boşluqları doldurmağa çalışırlar. Daha öncələr Marsa getməkdən dəm vuran “Roskosmos” isə indi hətta Aya uçuş layihəsindən imtina etməli olub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}