Ekspert koronavirusun beynəlxalq avtomobil yükdaşımalarına təsirlərini açıqladı

 

Koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Dünyanın ən iri ixracatçısı olan Çində iqtisadi aktivlik yarım əsrdə ilk dəfə azalıb. Avropa İttifaqı yarandığı vaxtdan bu günədək ən ciddi eniş yaşayıb. Dünyanın ən iri iqtisadiyyatına malik ABŞ-ın tarixində isə onillik iqtisadi artım dövrü sona çatdı. Bu ölkədəki işsizlik səviyyəsi böyük böhrandan bu yana ən yüksək həddə çatıb. Koronavirus faktiki olaraq daha əvvəlki böhrandan sonrakı bərpa dövrünün qarşısını aldı.

Belə olan halda mövcud durum beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan nəqliyyat və logistika şirkətlərinə necə təsir edib?


Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı bildirib ki, pandemiya ilə əlaqədar olaraq istehsalın dayanması və ayrı-ayrı əmtəələr üzrə ticarət aktivliyinin aşağı düşməsi yük axınlarına bilavasitə təsir göstərib.

Onun sözlərinə görə, iri istehsalat müəssisələrinin məcburi qaydada tətillərə getməsi istehsalçı və istehlakçılar arasında illərlə formalaşan təchizat zəncirinin dayanmasına səbəb oldu.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}