Çində koronavirusa yoluxanların sayı artıb

 

Çində son sutka ərzində yeni növ koronavirusa daha 14 yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, yoluxma hallarından 12-si ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 901 nəfərə, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}