Uhanda məktəblər açıldı - FOTO

 

Ötən ilin dekabrından koronavirus infeksiyasının yayıldığı Çinin Uhan şəhərində məktəblər açılıb.

Təhsil müəssisələrində tədrisin bərpa olunmasına baxmayaraq bir sıra şərtlərə əməl edilməsi ilə bağlı qaydalar qüvvədə qalıb. Belə ki, vətəndaşlardan əllərin mütəmadi yuyulması, qoruyucu maskanın taxılması və sosial məsafənin saxlanılması tələb olunub.

Bildirək ki, Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}