Ukrayna koronavirusun necə yaranması və yayılması barədə bəyanat verdi

 

Ukrayna hesab edir ki, dünyada koronavirusun yayılmasına səbəb Uhan şəhərində fəaliyyət göstərən kimyəvi laboratoriyalardan biri olub.

Şəffaflıq.az Qazeta.ru saytına istinadən xəbər verir ki, bu fikri Ukrayna radiosunun efirində ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksey Danilov səsləndirib.

O qeyd edib ki, Uhan şəhərində 2015-ci ildən etibarən yerləşən qapalı F-4 laboratoriyası fəaliyyət göstərir. Virus bəşəriyyətə məhz bu laboratoriyadan sızıb.

“Burda heyvanları günahlandırmaq lazım deyil. Hesab edirik ki, virus məhz bu mənbədən sızıb və dünyaya yayılıb. Çin hökuməti Uhanda baş verənləri bildiyi üçün, məhz bu şəhəri karantin altına aldı”,- deyə Danilov qeyd edib.

Xatırladaq ki, hazırda virusa yoluxanların sayı 95725 nəfər, sağalanların sayı 53249 nəfər, ölənlərin sayı 3285 nəfərdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}