Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edib
Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədrin təklifini yekdilliklə qəbul ediblər. Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ilin may ayının 10-da tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.
Facebook-da paylaş