Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
Qəzza zolağında atəşkəsin bərqərar edilməsi üzrə Qahirədə keçirilən danışıqların sonuncu raundunun iştirakçıları “ciddi irəliləyiş” əldə ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb. Onun yüksəkranqlı mənbəsinin sözlərinə görə, Misir nümayəndə heyəti HƏMAS nümayəndələri ilə bütün lazımi detalları müzakirə edib və təşkilat üzvləri yaxın vaxtlarda Qahirəni tərk edəcəklər. Onların yaxın iki gün ərzində Misir paytaxtına qayıtması və “təklifə yekun cavab verəcəyi” gözlənilir. Məsləhətləşmələrin gedişi və nəticələri ilə bağlı başqa təfərrüatlar hələlik verilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş