İlk "IM Motors LS9 Plug-in-Hybrid" "Sea Breeze"də təqdim olundu
Pekin Beynəlxalq Avtomobil sərgisində böyük maraq doğuran IM LS9 modeli Azərbaycanda ilk dəfə təqdim edilib. Qabaqcıl idarəetmə texnologiyaları və innovativ yanaşması ilə seçilən IM Motors ən yeni flaqman modeli IM LS9 ilə Azərbaycan bazarına daxil olur. "Bildiyiniz kimi Onvolt şirkəti 2022-ci ildən yalnız elektrik avtomobillər istehsal edən brendlərin rəsmi idxalçısı idi, bu ildən etibarən SAIC konserni IM Motors brendinin model sırasına hibrid avtomobillərini də daxil edib. Hazırda təqdimatını etdiyimiz LS9 EREV artıq Bakıdadır, LS6 EREV və LS8 EREV isə yaxın aylarda alıcılara təqdim olunacaq. Beləliklə bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq. Bu həm "Skywell"a həm də IM Motors avtomobil brendlərinə aiddir". – deyə redaksiyamıza "Onvolt" MMC-nin təsisçisi və baş direktoru Həsən İsmayılov bildirib.

Facebook-da paylaş








