Tramp keçmiş müşavirinə sərt cəza veriləcəyinə ümid edir


ABŞ Prezidenti Donald Tramp əvvəllər məxfi məlumatları səhv idarə etməkdə günahkar olduğunu etiraf etmiş keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton üçün sərt cəzanın tətbiq olunmasına ümid edir.

Şəffaflıq.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Ümid edirəm ki, o, sərt qərar alacaq. Çox axmaq, qeyri-sabit və səriştəsiz keçmiş ABŞ nümayəndəsi Con Bolton günahını boynuna aldı! O, dəhşətli bir insandır, yalnız problem yaratmaq və müharibələrə başlamaq istəyən, hara getsə də, lazımsız yerə ölüm və dağıntı səpən dəli bir insandır", - deyə Amerika lideri vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}