Fransada vəzifəli şəxslərin narkotik testlərinin nəticələri açıqlanmayacaq
Fransa hökuməti nazirlər, kabinet üzvləri və yüksək vəzifəli dövlət qulluqçuları arasında aparılacaq narkotik testinin nəticələrini açıqlamağı planlaşdırmır. Şəffaflıq.az xəbər verir ki, bu barədə AFP bir neçə müstəqil mənbəyə istinadən məlumat yayıb. Eyni zamanda, test nəticələri müsbət çıxan məmurlar tutduqları vəzifələrdən azad ediləcəklər. Agentliyin məlumatına görə, belə bir tədbir artıq bir neçə ay əvvəl kənd təsərrüfatı məsləhətçisi və Maliyyə Nazirliyinin yüksək vəzifəli məmuruna qarşı tətbiq olunub. Baş nazir Sebastyan Lekornunun ətrafı izah edib ki, kampaniyanın məqsədi fərdləri açıq şəkildə qınamaq deyil, milli təhlükəsizliyi təmin etməkdir. Kampaniya ötən həftə başlayıb və Fransa hakimiyyətinin narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək üçün daha geniş strategiyasının bir hissəsidir.
Facebook-da paylaş








