Ağcabədidə ağır qəza: iki qardaşdan biri öldü - FOTO

 

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}