“Nəşriyyat xərcləri artarsa, bu haqda fikirləşməli olacağıq...”

“Əgər bu aydan mətbəə xərcləri artsa, onda bu haqda fikirləşməli olacağıq. Biz on nəfər yazarın kitabını çap etməyi nəzərdə tutmuşuq”
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs on gəncin kitabının çapı haqda danışarkən deyib. Onun sözlərinə görə, layihə çərçivəsində nəşriyyat xərcləri artarsa, başqa nəsə fikirləşməli olacaqlar:
“Ulduz” jurnalının layihəsi çərçivəsində 6 gənc yazarın kitabını çap etmişik və indi 7-ci kitab çapa hazırlanır. Əgər bu aydan mətbəə xərcləri artsa, onda bu haqda fikirləşməli olacağıq. Biz on nəfər yazarın ktabını çap etməyi nəzərdə tutumuşuq. Bu ay Samirə Məmmədlinin elmi məqalələrindən ibarət kitabını çap edirik. Bu günə kimi şeir, esse və məqalələrdən ibarət kitab çap etdiyimiz üçün bu dəfə çalışdıq ki, dəyişiklik olsun”.
Qeyd edək ki, çap edilən kitablar “Ulduz” jurnalı ilə birlikdə oxuculara hədiyyə edilir. Kitabın maliyyə xərclərini isə Azərbaycan Yazıçılar Birliyi ödəyir. 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}