Bu meyvəni də həddindən çox yemək olmaz!

 Qışın vazkeçilməzi olan mandarin çox faydalı meyvədir. Lakin istənilən digər məhsullarda olduğu kimi bu meyvəni də həddindən çox yemək olmaz.
Gün ərzində neçə dənə mandarin yemək olar?
Şəffaflıq.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər sitrus meyvələrinə allergiyası olmayan insanlara gün ərzində 2-4 mandarin yeməyi tövsiyə edirlər.
Bundan çox mandarin yeyəndə hətta allergiyaya meylli olmayan insanlarda allergik səpgilər və dəridə qaşınmanın ehtimalı yüksəlir. Həmçinin çox mandarin yeyən insanlarda qarın ağrısı, köp, həzmsizlik kimi simptomlar meydana çıxa bilər.
Bəzi xəstəliklər zamanı (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, enterit, kolit) mandarinin istehlakı (xüsusilə kəskin dövrdə) ümumiyyətlə arzuolunan sayılmır.
Mandarini təmizlədikdən əvvəl onların qabığını mütləq yumaq lazımdır. Qabığın üzərində olan çirk və meyvənin saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr orqanizmə düşərək zəhərlənməyə səbəb ola bilər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}