AQTA Cəlilabadda kartofçuluq təsərrüfatlarında monitorinqlər aparıb - FOTO


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabadda kartofçuluq təsərrüfatlarında monitorinqlər aparıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Milli Monitorinq Planına uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən Cəlilabad rayonunun Muğan, Söyüdlü, Maşlıq, Cəfərxanlı, Bədirli, Əliqasımlı və Ocaqlı kəndlərində yerləşən 32 kartofçuluq təsərrüfatında monitorinqlər aparılıb.

Monitorinqlər zamanı kartof yumrularından və torpaqdan ümumilikdə 56 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində karantin tətbiq edilməyən zərərli orqanizmlərdən Soya paxlası sistaəmələgətirən nematodu, karantin tətbiq edilən zərərli orqanizmlərdən isə kartof yumrularında halqavari bakterial çürümə və qızılı kartof nematodu aşkarlanıb.

Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.




Şəffaflıq.az                                 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}