Ramiz Mehdiyev AMEA-nın sədri seçildi - SON DƏQİQƏ

 Ramiz Mehdiyev Azəbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib. O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib. Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.
Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var.Metbuat.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}