İranda “quş qripi” aşkarlanıb

 

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli “quş qripi” aşkarlanıb


Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayətinin Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

O bildirib ki, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz nəticələri ötən gün pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 qu quşunun ölüsü tapılıb.

Direktor əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti Xəzər dənizi sahilində yerləşir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}