Göyçay sakini bir metrlik ilan ölüdürüb - FOTO


 Göyçayda ilan yerli sakinin evinə hücum edib.
Şəffaflıq.az-ın bölgə müxbirirnin verdiyi məlumata görə, hadisə dünən saat 21:30 radələrində baş verib. Göyçay rayonunun Birinci-Ərəbcəbirli kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün ilk öncə avtomobil ilə onun üzərindən keçib, daha sonra çomaq vasitəsi ilə onu öldürüb. Kənd sakinin sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb. Lakin o, özünü itirmədən ilanı öldürmək qərarına gəlib. Öldürdükdən sonra isə onu tut ağacından asıb.
 Qeyd edək ki, havaların istiləşməsi ilə əlaqədar olaraq Göyçayda ilanların peyda olması bir neçə dəfə müşaiyət olunur.
Davud Tarverdiyev

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}