Dünyada koronavirusla bağlı son durum: Çin siyahıda ilk onluqdan çıxdı...

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin bəzi ölkələrdə pik hədd artıq geridə qalıb. Həmin ölkələrdə yoluxma sayı əvvəlki həftələrlə müqayisədə xeyli aşağı enib. Eyni zamanda ABŞ və İngiltərə istisna olmaqla ilk sırada yer alan ölkələrdə bu günlərdə ölüm sayı da azalan xəttə keçib. Koronavirusun beşiyi hesab edilən Çin isə koronavirusa yoluxanların sayına görə nəzərdə tutulan sıralamada, geriləyərək artıq 11-ci olub.

Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 372 min 285 nəfərdir. Ölənlərin ümumi sayı isə 238 min 84-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 70 min 792 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 63 min 409 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 49 min 974 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 114 min 556 nəfər koronavirusa yoluxub. Son saatlarda 19 min 533 nəfər yoluxma, 1163 nəfər isə ölüm halı qeydə alınıb.

Növbəti sırada yer alan İspaniyada bu gün 3 min 648 nəfər yoluxub, 281 nəfər ölüb. İtaliyada bir neçə saat ərzində 1965 nəfər yoluxub, 269 nəfər ölüb. İngiltərədə isə son saatlarda 6 min 201 nəfər yoluxub, 739 nəfər ölüb. İngiltərə rəsmiləri bildirirlər ki, ölkələrində koronavirusa yoluxma pik həddi keçib. Lakin statistika göstərir ki, hələ də yoluxma sayı yüksək olaraq qalmaqdadır.

Növbəti sırada yer alan Fransada gündəlik ölən və yoluxanların sayı xeyli azalıb. Son saatlarda Fransa 168 nəfərin yoluxduğunu, 218 nəfərin isə öldüyünü açıqlayıb.

Almaniyada bu gün 750 nəfər yoluxub, 39 nəfər isə ölüb.


Almaniyadan sonra ard-arda üç sırada Azərbaycanla quru sərhəddə yerləşən ölkələrdir. Belə ki, sıra üzrə Almaniyadan sonra gələn Türkiyədə bu gün 2 min 188 nəfər yoluxub, 84 nəfər ölüb. Rusiyada isə bu gün yoluxanların sayı rekord həddə çatıb.
Belə ki, son saatlarda Rusiyada 7 min 933 nəfər yoluxub, 96 nəfər isə ölüb. Son saatlardakı göstəriciyə görə Rusiya yoluxanların sayına görə İranı geridə qoyub. İranda bu gün 1006 nəfər yoluxub, 63 nəfər isə ölüb. Bu günə qədər yoluxanların ümumi sayına görə 10-cu yerdə Çin gəlirdisə, hazırda bu yeri Brazilya tutub. Brazilyada son saatlarda 1984 nəfər yoluxub, 116 nəfər ölüb. 11-ci yerə qədər enən Çində bu gün cəmi 12 nəfər yoluxub, ölən isə yoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}