Qubada müəllim dəm qazından boğularaq ölüb
Quba rayonunda qadın dəm qazından boğularaq ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Xucbala kəndində qeydə alınıb. Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun 4 uşaq anası olduğu bildirilir. Faktla bağla araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








