Azərbaycan Gürcüstanın 93 faizə qədər qaz ehtiyacını ödəyəcək
Şəffaflıq.az xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava gələn ilin qaz balansını təsdiqləyib. 2020-ci ildə Gürcüstan istifadə edəcəyi qazın 92,7%-ni Azərbaycandan, 6,6 %-ni isə (169,9 milyon kubmetr) Rusiyadan alacaqdır. Gürcüstanın özünün yerli istehsalının isə 0,7%, yəni 17,9 milyon kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Azərbaycandan idxal ediləcək 2,39 milyard kubmetrlik qazın 1,51 milyard kubmetrini SOCAR, 873,8 milyon kubmetrini isə “Şahdəniz” yatağı tədarük edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş