Azərbaycanın ŞƏT-də iştirakı beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir - RƏY
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir. "Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. O da məlumdur ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Bu dəfə “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan budəfəki Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları diqqət mərkəzində saxlayıblar". S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir: "Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Prezident İlham Əliyev sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşüb. Bu baxımdan, dövlətimizin başçısının Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Astanada Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir". O vurğulayıb ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir: "Eyni zamanda, münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Həmçinin, Azərbaycanla Çin insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşıdır. Çin Xalq Respublikasının lideri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib. Eyni zamanda, COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub". Sevinc Fətəliyevanın fikrincə, ümumiyyətlə, COP29 ərəfəsində ŞƏT-in sammitinin keçirilməsi də böyük önəm kəsb edir: "Məlumdur ki, ŞƏT üzvlərinin mütləq əksəriyyəti rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsinə dəstək ifadə ediblər. Sammit çərçivəsində keçirilən görüşlərdə və çıxışlarda COP29-un diqqət mərkəzində olması da mühüm məqamlardan xəbər verir. çünki qlobal iqlim dəyişiklikləri bütün dünyanı narahat edir. Bu baxımdan, məsələnin ŞƏT-in gündəmində olması da əhəmiyyətlidir”.
Bu fikirləri "Report"a VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O xatırladıb ki, ŞƏT-in 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib:
Facebook-da paylaş