AÇIQ ETİRAF ETDİLƏR: “NATO-nun Türkiyəyə ehtiyacı var” – Alyansın böyüklüyünə görə ikinci ordusu

 

Şəffaflıq.az xəbər verir ki, NATO-nun Belçikada keçirilən sammitində iştirak edn diplomatlar Türkiyənin ittifaq üçün nə qədər mühüm olduğunu vurğulayıblar. Diplomatlar NATO-nun ən böyük ikinci ordusu olan Türkiyəyə ehtiyacın çox böyük olduğunu diqqətə çatdırıb.

NATO-nun sammitində iştirak edn diplomatlar Türkiyənin Suriyanın şimalındakı PKK/PYD terror təşkilatına qarşı Barış bulağı əməliyyatına və Rusiya ilə əldə elədiyi Soçi razılaşmasına etirazlara rəğmən NATO-nun Türkiyəyə hərbi dəstəyi davam eləmək qərarı verdiyini açıqlayıb.

“Türkiyə itirilməyəcək qədər mühümdür”

“Röyters”ə cavab verən diplomatlardan biri deyib: “NATO-da işlərin daha da pisləşməməsi üçün ortaq səy göstərilir. Türkiyə ABŞ prezidenti Donald Trampdan sonra ittifaqın üzərinə yeni təzyiq yaradıb. Lakin Türkiyə itirilməyəcək qədər çox mühüm bir ölkədir”.

“Türkiyəyə ehtiyacımız var”

Başqa bir NATO diplomatı isə NATO-nun ən böyük ikinci ordusu olan Türkiyənin ittifaqa, xüsusilə də Qara dəniz və Aralıq dənizində dəstək olduğunu bildirərək deyib: “Rusiyanın 2014-cü ildə Krımı işğal eləməsi ilə başlanan soyuq müharibə NATO-nun və Avropanın yaraqlıların hücumuna məruz qalması İran ilə Şimali Koreyanın ballistik raket təhdidinə qarşı Türkiyəyə çox böyük ehtiyacın olduğunu göstərir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}