Şabranda narkotik tərkibli kol yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub


Şabranda narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə təqsirləndirilən 60 yaşlı Sahib İbrahimov həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}