İspaniyalı pilot Pablo Amoros yarış zamanı qəza nəticəsində həlak olub
İspaniyalı pilot Pablo Amoros yarış zamanı qəza nəticəsində həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə İspaniya Kral Avtomobil Federasiyasının (RFEDA) mətbuat xidməti məlumat yayıb. Hadisə Uelvada yerləşən "Monteblanko" trasında keçirilən "GTI Trophy" seriyasından olan yarış zamanı baş verib. O, zolaqda mübarizə apararkən idarəetməni itirərək ağır qəzaya düşüb və aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, idmançı İspaniyada həm dairəvi (halqa) turnirlərin, həm də müxtəlif ralli və yolsuzluq yürüşlərinin daimi iştirakçısı olub. O, daha əvvəl "Jarama" dövrə mübarizəsində (CRT), həmçinin "Hyundai Cup", "Mini Challenge" və "Copa Kobe Motor" kimi tanınmış yerli turnirlərdə də mütəmadi iştirak edib.
Facebook-da paylaş








