“Türkiyənin NATO-ya üzvlüyü məsələsini yenidən nəzərdən keçirilsin” - ABŞ SENATI


 


Şəffaflıq.az xəbər verir ki, ABŞ-da Respublikaçı və Demokrat partiyalarından olan senatorlar Rusiyadan S-400 sistemlərini aldığı üçün Türkiyəyə sanksiyalar tətbiq edilməsi üçün prezident Donald Trampa təzyiq göstərməyə davam edirlər.
Trampın üzvü olduğu Respublikaçılar Partiyasından olan senator Rikk Skott və senator Todd Yonq S-400 sistemlərinin Türkiyəyə təhvil verilməsindən sonra sanksiya qərarı verilməsi üçün Senata təkliflər təqdim ediblər. Təklifdə deyilir: “Türkiyə prezidenti R.T.Ərdoğan Türkiyə Respublikasını insan hüquqlarının tapdalandığı avtoritar bir rejim yoluna sürükləmiş, radikal islamçı terror qruplarının tərəfində durmuş və ABŞ-ın bölgədəki müttəfiqi olan İsrail kimi dövlətlərə qarşı təhrikedici mövqe tutmuşdur”. Təklifdə qanun daxilində Ankaraya qarşı bütün sanksiyaların tətbiq edilməsi çağırışı edilir.
Senatın Xarici Əlaqələr Komitəsində olan demokrat senator Bob Menendez dünən yaydığı bir bildirişdə Türkiyənin F-35 proqramından çıxarılmasının sanksiya olarat kifayət eləmədiyini bildirib: “Qanunlara görə, müdafiə və kəşfiyyat sahələrində Rusiya ilə mühüm əməliyyat halında sanksiya nəzərdə tutulur. S-400 də bu əməliyyatlar arasındadır”.
Ağ Ev hələlik sanksiya qərarı verməyib
Təzyiqlərə rəğmən, Tramp hökuməti Türkiyəyə qarşı daha ağır sanksiyalar tətbiq eləmək üçün hələlik qəti addım atmayıb. Prezident Donald Tramp dünən jurnalistlərə açıqlamasında demişdi: “S-400 məsələsi ilə bağlı hazırda Türkiyəyə sanksiya tətbiq eləmək niyyətində deyiləm”.
“Amerikanın düşmənlərinə sanksiyalar vasitəsi ilə əks təsir göstərməsi qanunu”na (CAATSA) görə ABŞ-ı təhdid edən ölkələrə 12 növ sanksiya tətbiq olunması nəzərdə tutulur. Bunlar arasında viza qadağasından Amerika bank sitemindən istifadənin qadağan edilməsinə qədər müxtəlif proqramlar vardır. Əgər Senata verilən təklif nəzərə alınsa, Tramp qanunda nəzərdə tutulan 12 sanksiyadan 5-ni seçməyə məcbur olacaq.
Senata verilən təklifdə Türkiyənin NATO üzvlüyü məsələsinə yenidən baxılması da tələb olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}