İlqar Mikayıloğlu ATV-dən ayrıldı

 Bu gün oğlunu hərbi xidmətə yola salan tanınmış teleaparıcı İlqar Mikayıloğlu Azad Azərbaycan Telekanalından (ATV) ayrılıb.
Şəffaflıq.az correct.az -a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. O, bildirib ki, öz ərizəsi ilə işdən ayrılıb:
"Öz ərizəmlə işdən ayrılmışam. Sadəcə olaraq bunu deyə bilərəm ki, öz istəyimlə ayrılmışam".
Teleaparıcı digər telekanallardan iş təklifinin olub-olmaması ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, İlqar Mikayıloğlu ANS telekanalından ayrılandan sonra 2014-cü il oktyabr ATV telekanalında "Gün üzü" verilişinin aparıcısı, daha sonra isə "Xeyirə qarşı" verilişinin aparıcısı olub.
Qeyd edək ki, İlqar Mikayıloğlu keçmiş deputat Gülər Əhmədovanın qardaşıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}